Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Əvəzedicilər Liqasının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt”ın 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.
“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt” komandası PFL əsasnaməsinin tələblərini pozduğuna görə 50 manat cərimə edilib.
“Səbail-2” – “Araz-Naxçıvan-2” oyunu Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən 39 dəqiqə gec başlandığına görə “Səbail” komandası 100 manat cərimə edilib.
“Qəbələ-2” – “Qarabağ-2” oyununun fasiləsində “Qarabağ”ın futbolçusu Hüseyn Hüseynli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Ağdam komandası buna görə 300 manat cərimə edilib.
“Qəbələ-2” – “Qarabağ-2” oyununda xərəkdaşıyan uşaqların sayı Əsasnamənin tələblərindən az olduğuna görə “Qəbələ” klubu 80 manat cərimə edilib.


