“Mançester Siti” Liqa kubokunda mübarizəni dayandırdı

Bu gün futbol üzrə İngiltərə Liqa Kubokunda 2023/2024 mövsümünün 1/16 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə doqquz qarşılaşma baş tutub.

“Çelsi” “Brayton”u, “Arsenal” “Brentford”u, “Liverpul” “Lester Siti”ni, “Everton” “Aston Villa”nı, “Bornmut” “Stok Siti”ni, “Vest Hem” “Linkoln Siti”ni, “Fulhem” isə “Norviç Siti”ni məğlub edərək 1/8 finala adlayıb. Yeddi qolun qeydə alındığı “Bləkbörn” – “Kardiff Siti” matçında birincilər qələbəyə seviniblər. “Nyukasl” ilə qarşılaşan “Mançester Siti” isə bu görüşdə məğlub olaraq Liqa Kubokunda mübarizəni erkən dayandırıb.

İngiltərə Liqa Kuboku
1/16 final
26 sentyabr

Bredford Siti – Midlsbro 0:2
Ekseter Siti – Luton Taun 1:0
Mançester Yunayted – Kristal Pelas 3:0
İpsviç Taun – Vulverhempton 3:2
Mensfild – Peterboro Yunayted 2:2
(penaltilər 3:1)
Port Veyl – Satton Yunayted 2:1
Solford Siti – Börnli 0:4

27 sentyabr

Çelsi – Brayton 1:0
Aston Villa – Everton 1:2
Bornmut – Stok Siti 2:0
Linkoln Siti – Vest Hem 0:1
Brentford – Arsenal 0:1
Fulhem – Norviç Siti 2:1
Bləkbörn – Kardiff Siti 5:2
Liverpul – Lester Siti 3:1
Nyukasl – Mançester Siti 1:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: