Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 8-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Gəncədə “Kəpəz”lə “Qəbələ”nin əvəzediciləri arasında keçirilən oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Qarabağ”ın əvəzediciləri isə “Sumqayıt”ın ikinci komandası ilə oyunda darmadağına seviniblər.
Turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.
Əvəzedicilər Liqası
8-ci tur
30 sentyabr
“Kəpəz-2” – “Qəbələ-2” 1:1
Qollar: Ümid Səmədov, 90 +2-pen. – Sənan Ağalarov, 14.
Hakimlər: Mahmud Bağırzadə, Elman Kərimov, Samir Qaracayev, Nazim Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:30.
“Qarabağ-2” – “Sumqayıt-2” 4:0
Qollar: Nurlan Şabanov, 2. Rauf Məhərrəmov, 29. Musa Musazadə, 32. Nihad Mollayev, 61.
Hakimlər: Murad Səlimov, Vüqar Bayramov, Zakir Şükürzadə, Kamil Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Binə qəsəbə stadionu, 16:00.
1 oktybar
“Turan Tovuz-2” – “Neftçi-2”
Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Ruslan Quliyev, Rəsul Babayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu, 15:30.
“Səbail-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Anar Bədəlov, Maqsud Şamıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“ASCO Arena”, 16:00.
2 oktyabr
“Araz-Naxçıvan-2” – “Zirə-2”
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, İrşad Aydınov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 15:30.


