“Liverpul” Premyer Liqanın 7-ci turunda “Tottenhem”lə oyunda VAR sistemi ilə bağlı yaşanmış xoşagəlməz hadisəyə dair rəsmi açıqlama verib.
Arena.az xatırladır ki, “Tottenhem”in 2:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada oyunu idarə edən hakimlər briqadası kobud insan səhvi nəticəsində “qırmızılar”ın hücumçusu Luis Diasın vurduğu rəmiz qolu hesaba almamışdı.
Məqamın təhlilinə cavabdeh olan VAR sistemi isə baş hakimin qərarına müdaxilə edə bilməyib. Müvafiq hadisə oyundan sonra araşdırılıb və İngiltərə Hakimlər Təşkilatı, həmçinin İngiltərədə peşəkar oyunların hakimliyini təmin edən “Professional Game Match Officials Limited” (PGMOL) şirkəti hakim Hovard Uebin simasında “Liverpul”dan üzr istəyib.
“Liverpul”, PGMOL-un dünən axşam səhvlərini etiraf etdiyini nəzərə alıb. Aydındır ki, oyun qaydalarının düzgün tətbiqi baş vermədi, nəticədə idman dürüstlüyü sual altına düşdü.
Biz başa düşürük ki, oyun rəsmilərinin, təsirində işlədiyi təzyiq var, lakin VAR-ın tətbiqi bu təzyiqi artırmaqdansa azaltmaq məqsədi daşıyır. Buna görə də, düzgün qərar qəbul etmək üçün kifayət qədər vaxt verilmədiyi və sonradan müdaxilə edilmədiyi bizi qane etmir.
Müvafiq naqisliklərin artıq “əhəmiyyətli insan səhvləri” kimi təsnif edilməsi də qəbuledilməzdir. İxtiyari nəticə yalnız təhlil yolu ilə və tam şəffaflıqla müəyyən edilməlidir.
“Bu, gələcəkdə qərar qəbuletmə sisteminin etibarlılığı üçün həyati əhəmiyyət kəsb edir, çünki bu, bütün klublara şamil edilir və əldə edilmiş məlumat isə eyni vəziyyətin bir daha təkrarlanmamasının təminatı üçün prosesləri təkmilləşdirmək məqsədilə istifadə edilir”, – “Liverpul” rəsmi saytı üzərindən bəyanatla çıxış edib.
Nəticədə “Liverpul” “Tottenhem”ə 1:2 hesabı ilə məğlub olmaqla, mövsümdə ilk məğlubiyyətini alıb və hazırda Premyer Liqanın turnir cədvəlində 16 xalla 4-cü pillədə qərarlaşıb. “Tottenhem” isə xalını 17-yə çatdıraraq, lider “Mançester Siti”dən 1 xal geridə mövqe tutub.


