“Liverpul”un apellyasiyası təmin edilmədi

“Liverpul”un yarımmüdafiəçisi Körtis Consun “Tottenhem”lə oyunda (1:2) aldığı qırmızı vərəqə ilə bağlı apellyasiya şikayəti rədd edilib.

Arena.az sözügedən klubun rəsmi saytına istinadən məlumat verir ki, Consun Premyer Liqada 3 oyunluq diskvalifikasiya cəzası qüvvədə qalıb.

Xatırladaq ki, Cons “Tottenhem”lə oyunda qırmızı vərəqəni birbaşa alıb, bu isə qaydalara müvafiq olaraq 3 oyunluq cəzadır. Beləliklə, Cons “qırmızılar”ın “Brayton”a, “Everton”a və “Nottingem Forest”ə qarşı keçirəcəyi oyunları tamaşaçı qismində tribunalardan izləməli olacaq.

“Tottenhem”lə oyunda iki sarı vərəqə alaraq meydandan qovulmuş Dioqo Jota isə Premyer Liqanın növbəti turunda “Brayton”la oyunu buraxmalı olacaq.

Hazırda “Livepul” 7 turdan sonra 16 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: