Əvəzedicilər: “Qarabağ” “Neftçi”yə böyük hesabla uduzdu

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 9-cu tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Zirə” və “Turan Tovuz”un əvəzedicilərinin məhsuldar alınan görüşünün yekununda meydan sahibləri çətin qələbəyə seviniblər.

“Neftçi” ilə “Qarabağ”ın ikinci komandalarının görüşündə də meydan sahibləri darmadağına imza atıblar.

“Sumqayıt”ın əvəzediciləri də “Kəpəz”in ikinci komandasını 3 cavabsız qolla məğlub edib.

Hesabat turuna sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Əvəzedicilər Liqası
9-cu tur
7 oktyabr

“Zirə-2” – “Turan Tovuz-2” 3:2
Qollar: Murad Ələkbərov, 8. Vüsal Əliyev, 26. Xəqani Sadıxov, 90+5-pen. – Məzahir Məmmədzadə, 58. Sadiq Şəfiyev, 66.
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Anar Bədəlov, Kamil Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 16:00.

“Sumqayıt-2” – “Kəpəz-2” 3:0
Qollar: Said Əliyev, 16. Uğur Cahangirov, 34; 44.
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Mirnihad Seyidov, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

“Neftçi-2” – “Qarabağ-2” 5:1
Qollar: Hüseyn Babayev, 12. Ağadadaş Salyanskiy, 28; 47. İbrahim Novruzov, 62. Cavanşir Şahbazlı, 90+1 – Musa Musazadə, 36.
Hakimlər: İslam Məmmədov, Kərim Zeynalov, Orxan İbişov, Elvin Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 16:00.

8 oktyabr

“Qəbələ-2” – “Səbail-2”
Hakimlər: Murad Səlimov, Aydın Baxşıyev, Rəhman Aslanov, Emin Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Sabah-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Mahmud Bağırzadə, Şirmamed Mamedov, Asiman Əzizli, Nazim Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “ASK Arena”, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: