Əvəzedicilər: “Qəbələ” çətin qələbə ilə 2-ci pillədə

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 9-cu tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Sabah-2” – “Araz-Naxçıvan-2” oyununda qalib müəyyənləşməyib.

“Qəbələ”nin əvəzediciləri isə doğma meydanda “Səbail”in ikinci komandası üzərində qələbəyə seviniblər.

Bununla da əvəzedicilərin yarışında ilk dövrəyə yekun vurulub. 24 xala malik “Neftçi-2” ilk dövrənin qalibi olub.

Əvəzedicilər Liqası
9-cu tur
7 oktyabr

“Zirə-2” – “Turan Tovuz-2” 3:2
Qollar: Murad Ələkbərov, 8. Vüsal Əliyev, 26. Xəqani Sadıxov, 90+5-pen. – Məzahir Məmmədzadə, 58. Sadiq Şəfiyev, 66.
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Anar Bədəlov, Kamil Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 16:00.

“Sumqayıt-2” – “Kəpəz-2” 3:0
Qollar: Said Əliyev, 16. Uğur Cahangirov, 34; 44.
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Mirnihad Seyidov, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

“Neftçi-2” – “Qarabağ-2” 5:1
Qollar: Hüseyn Babayev, 12. Ağadadaş Salyanskiy, 28; 47. İbrahim Novruzov, 62. Cavanşir Şahbazlı, 90+1 – Musa Musazadə, 36.
Hakimlər: İslam Məmmədov, Kərim Zeynalov, Orxan İbişov, Elvin Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 16:00.

8 oktyabr

“Qəbələ-2” – “Səbail-2” 2:1
Qollar: Eşqin Əhmədov, 55. Sənan Ağalarov, 75 – Taleh Qarayev, 90+2.
Hakimlər: Murad Səlimov, Aydın Baxşıyev, Rəhman Aslanov, Emin Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Sabah-2” – “Araz-Naxçıvan-2” 2:2
Qollar: Ceyhun Nuriyev, 48. İdris İnqilablı, 84 – Nihad Qurbanlı, 28. Tuqay Əlizadə, 90+4.
Hakimlər: Mahmud Bağırzadə, Şirmamed Mamedov, Asiman Əzizli, Nazim Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “ASK Arena”, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: