Premyer Liqa: “Araz-Naxçıvan” üçün ilk Qəbələ səfəri

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 10-cu turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, ikinci dövrənin ilk turunun sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun qapanış matçında “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək. Mövsümə çox pis başlamış “Qəbələ” doğma meydanda yalnız qələbə qazanmağa köklənib. Bununla əyalət təmsilçisi həm xal ehtiyatını artırmağa, həm də ilk dövrədə bu rəqibə məğlub olduğu oyunu unutdurmağa çlaışacaq.

Xatırladaq ki, bu komandalar arasında indiyə qədər baş tutmuş yeganə oyunda Naxçıvan təmsilçisi quru hesabla (2:0) qalib gəlib. Komandalar “Qəbələ”nin meydanında ilk dəfə üz-üzə gələcəklər.

Mövsümün sürpriz komandalarından olan “Araz-Naxıvan” hazırda 14 xalla 5-ci pillədə qərarlaşıb. “Qəbələ” isə 7 xalla 9-cudur.

Premyer Liqa
10-cu tur

20 oktyabr

“Turan Tovuz” – “Qarabağ” 2:2
Qollar: Otto Con, 46, Ayxan Hüseynov, 90+4 – Olavio Juninyo, 7. Leandro Andrade, 90.
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tovuz şəhər stadionu, 18:30.

“Səbail” – “Neftçi” 2:4
Qollar: David Qomis, 2. Aleksandr Ramalinqom, 81 – Azər Əliyev, 12. Ataa Caber, 45+3. Yuri Matias, 88. Rəhman Hacıyev, 90+5.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”, 20:30.

21 oktyabr

“Kəpəz” – “Zirə” 0:0
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Eyyub İbrahimov, Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 15:00.

“Sabah” – “Sumqayıt” 3:1
Qollar: Con İrasabal, 54. Namiq Ələsgərov, 81. Davit Volkov, 90+6 – İsa Suliman, 9.
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Şirmamed Mamedov, Kamal Umudlu.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Masazır Arena”, 18:00.

22 oktyabr

“Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu, 16:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: