“Araz-Naxçıvan” “Qarabağ”la oyuna tam heyətlə hazırlaşır

Futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti turunda “Qarabağ”la qarşılaşacaq “Araz-Naxçıvan” məşqlərini davam etdirir.

Arena.az xəbər verir ki, komanda bu günü bir məşqlə yekunlaşdırıb.

Günün birinci yarısında Bakı Olimpiya Stadionun ehtiyat meydanında keçirilən məşqdə zədə səbəbindən “Qəbələ” ilə görüşü buraxan İsmayıl Azzaui də iştirak edib. Yarımmüdafiəçi son çempionla duelə hazırdır. Eyni zamanda, yüngül zədəsi olan Vanderson da kollektiv çalışmalara qatılıb. Dayaq yarımmüdafiəçisi də baş məşqçinin şans verəcəyi təqdirdə, meydana çıxa biləcək.

Xatırladaq ki, “Araz-Naxçıvan” – “Qarabağ” oyunu oktyabrın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Naxçıvan təmsilçisinin ev sahibi olacağı bu oyuna saat 19:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: