Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 11-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Zirə” ilə “Səbail”in əvəzediciləri arasında baş tutan oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Turan Tovuz” və “Kəpəz”in ikinci komandaları arasında keçirilən məhsuldar görüşdə isə qonaqlar inamlı qələbəyə seviniblər.
11-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
Əvəzedicilər Liqası
11-ci tur
29 oktyabr
“Zirə-2” – “Səbail-2” 1:1
Qollar: Xəqani Sadıxov, 25 – Adil Nağıyev, 72.
Hakimlər: Əkbər Əhmədov, Asif Abdullayev, Samir Qaracayev, Nazim Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 16:00.
“Turan Tovuz-2” – “Kəpəz-2” 1:3
Qollar: Sənan Aslanov, 89 – Ümid Səmədov, 17. Cavad Kərimov, 54; 80.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Aydın Baxşıyev, Rəsul Babayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Tovuz şəhər stadionu, 16:00.
30 oktyabr
“Sumqayıt-2” – “Qəbələ-2”
Hakimlər: Murad Səlimov, Zakir Şükürzadə, Sevda Nuriyeva, Maqsud Şamıyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.
“Neftçi-2” – “Sabah-2”
Hakimlər: Mahmud Bağırzadə, Vüqar Bayramov, Orxan İbişov, Elvin Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 16:00.
31 oktyabr
“Araz-Naxçıvan-2” – “Qarabağ-2”
Hakimlər: İslam Məmmədov, Rəhman Aslanov, Mirnihad Seyidov, Kamil Aydınov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 14:00.


