Premyer Liqa: “Araz-Naxçıvan” “Qarabağ”a da qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 11-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında son çempion “Qarabağ” “Araz-Naxçıvan”ın qonağı olub. Tərəflər arasındakı razılığa əsasən, Naxçıvan təmsilçisi rəqibini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edib. Hansı ki, Ağdam klubu da çempionatdakı ev oyunlarını məhz bu arenada keçirir.

Mövsümün ən sürpriz komandalarından hesab olunan “Araz-Naxçıvan” indiyə qədər “Qarabağ”la 5 oyun keçirmişdi. Bu oyunlarda naxçıvanlılar 2, ağdamlılar 3 qələbəyə sevinmişdilər. “Qarabağ” bütün matçlarda qol vurmuşdu.

Maraqlıdır ki, əvvəlki oyunların hamısında meydan sahibi olan komanda qalib gəlmişdi. Elə bu oyunda da meydan sahibi qismində çıxış edən “Araz-Naxçıvan” qələbə qazanıb. Üç qolun qeydə alındığı matçda növbəti 3 xala sevinən Azər Bağırovun komandası “Qarabağ”la xallarını da bərabərləşdirib və 3-cü pilləyə yüksəlib. Hazırda həm Ağdam, həm də Naxçıvan təmsilçisinin 20 xalı var. Lider “Zirə” bu iki komandadan cəmi 1 xal öndədir.

Premyer Liqa
11-ci tur
30 oktyabr

“Araz-Naxçıvan” – “Qarabağ” 2:1
Qollar: Orxan Əliyev, 75-pen. Elvin Maşike, 90+2 – Olavio Juninyo, 90+7.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

Qarabağ: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşovic, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 19. Redon Cica, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzya, 11. Adama Diakabi, 18. Olavio Juninyo.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: