“Arsenal”la MY Liqa Kubokunda mübarizəni dayandırdılar

Futbol üzrə İngiltərə Liqa Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.

İddialılardan “Mançester Yunayted” “Nyukasl”la qarşılaşıb. “Qırmızı şeytanlar” bu oyunda 3 cavabsız qolla uduzaraq mübarizəni dayandırıblar.

“Arsenal” da “Vest Hem”lə üz-üzə gəlib. Premyer Liqada işlərinin yaxşı getməsinə baxmayaraq, “topçular” da kubokda uduzaraq yarışdan kənarda qalıblar.

“Liverpul” “Bornmut”la, “Çelsi” isə “Bləkbörn”lə oyunlarda sürprizə imkan verməyiblər. “Qırmızılar” səfərdə, “zadəganlar” isə doğma meydanda qalib gəlməklə 1/4 finala yüksəliblər.

“Everton”la “Fulhem” də müvafiq olaraq “Börnli” və “İpsviç Taun”a qalib gələrək mərhələ adlayıblar.

İngiltərə Liqa Kuboku
1/8 final
31 oktyabr

Ekseter Siti – Midlsbro 2:3
Mensfild Taun – Port Veyl 0:1

1 noyabr

Vest Hem – Arsenal 3:1
Bornmut – Liverpul 1:2
Çelsi – Bləkbörn 2:0
Everton – Börnli 3:0
İpsviç Taun – Fulhem 1:3
Mançester Yunayted – Nyukasl 0:3

Artıq İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin cütləri də məlumdur. 20 dekabrda baş tutacaq oyunlarda aşağıdakı komandalar üz-üzə gələcəklər:

Çelsi – Nyukasl
Everton – Fulhem
Liverpul – Vest Hem
Port Veyl – Midlsbro

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: