Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Əvəzedicilər Liqasının 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Zirə-2” – “Səbail-2” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.
“Sumqayıt-2” – “Qəbələ-2” oyununda “Sumqayıt”ın futbolçusu Rüstəm Hümbətov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Futbolçunun klubu isə buna görə 150 manat cərimə edilib. “Sumqayıt”ın digər futbolçusu Cavid Quliyev isə ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Sumqayıt komandası buna görə də 50 manat cərimə ödəyəcək. “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Qəbələ”nin futbolçusu Fərid İsgəndərov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu 200 manat cərimə edilib.


