Premyer Liqa: “Sumqayıt” “Araz-Naxçıvan”a qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, günün sonuncu qarşılaşması “Sumqayıt”la “Araz-Naxçıvan” arasında baş tutub. Bu komandaların ilk dövrədəki oyununda qalib müəyyənləşməmişdi – 1:1. Bu oyunda isə meydan sahibləri inamlı qələbəyə seviniblər.

Xatırladaq ki, turun ilk oyununda “Səbail” “Turan Tovuz”a qalib gəlmişdi – 2:1. Son “Qarabağ” isə bu gün “Kəpəz”i 7:1 hesabıyla üstələmişdi. “Qəbələ” – “Neftçi” və “Sabah” – “Zirə” matçları isə sabah keçiriləcək.

Premyer Liqa
12-ci tur
4 noyabr

“Sumqayıt” – “Araz-Naxçıvan” 2:0
Qollar: Rövlan Muradov, 15. Roi Kehat, 69.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev.
“Sumqayıt Arena”, 18:00

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 10. Kamran Əliyev, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 18. Kristian Velinovski, 9. Erik Sorqa.
Baş məşqçi: Samir Abasov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 42. Məhəmməd Kadiri, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: