Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 12-ci tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Sabah”la “Zirə”nin əvəzediciləri üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.
Əvəzedicilər Liqası
12-ci tur
4 noyabr
“Səbail-2” – “Turan Tovuz-2” 2:1
Qollar: Zaman Zamanlı, 13. İftixar İbrahimov, 61 – İsmayıl İsmayılov, 41.
Hakimlər: Səbuhi Bayramov, Vüqar Bayramov, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Bayıl Arena”, 15:00.
“Qəbələ-2” – “Neftçi-2” 1:1
Qollar: Bilal İsmayılov, 32 – Ağadadaş Salyanski, 6.
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Əkbər Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.
5 noyabr
“Sumqayıt-2” – “Araz Naxçıvan-2” 2:3
Qollar: Qabil Əlizadə, 19. Anar Əhmədzadə, 61 – Bayraməli Qurbanov, 55. Rüfət Zülfüqarlı, 82. Vüsal Alızadə, 85-pen.
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Aydın Baxşıyev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.
“Kəpəz-2” – “Qarabağ-2” 1:0
Qol: Ümid Səmədov, 40-pen.
Hakimlər: Elvin Bayramov, Səbuhi Soltanov, Tərlan Talıbzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 13:00.
6 noyabr
“Sabah-2” – “Zirə-2” 2:0
Qollar: Şahmar Aşurov, 14. Sənan Ağayev, 32.
Hakimlər: Kamil Aydınov, Sənan Atayev, Anar Bədəlov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASK Arena”, 14:00.



