Conni Evans Britaniya imperiyasının ordeni ilə təltif edildi

“Mançester Yunayted”in mərkəz müdafiəçisi Conni Evans Britaniya imperiyasının ordeni (Order of the British Empire) ilə təltif edilib.

Arena.az bu barədə “Belfast Telegraph” dərgisinə istinadən məlumat verir.

“Arxasında kral möhürü olan məktubu alanda azacıq sarsıldım, amma eyni zamanda çox heyrətamiz idi. Xüsusilə Şimali İrlandiya futboluna verdiyim töhfənin tanındığını görəndə son dərəcədə qürur duydum. Başa düşdüm ki, ölkəm üçün 100-dən çox oyun oynamışam. Şimali İrlandiya üçün bu qədər uzun müddət oynamaq inanılmaz idi. Bu yolda çox gözəl anlar yaşamışam”, deyə Evans bildirib.

Bildirilir ki, bu münasibətlə Bukingem sarayında mərasim keçirilib və irland futbolçunu şəxsən şahzadə Uilyam mükafatlandırıb.

Conni Evans “Mançester Yunayted” futbol akademiyasının yetirməsidir. O, karyerasının 2006-2015-ci illəri dönəmində “qırmızı şeytanlar”ın futbolçusu olaraq, icarə əsasında “Antverpen” və “Sanderlend”də çıxış edib. Sonra isə Conni “Vest Bromviç”ə tamhüquqlu əsasda transfer edilib, buradan isə 2018-ci ildə “Lester Siti”yə keçib. Cari ilin iyulunda isə Evans “Lester Siti”dən azad agent qismində doğma klubu “Mançester Yunayted”ə qayıdıb. Evansın klubla müqaviləsi cari mövsümün sonuna qədərdir.

Evans cari mövsümdə “Mançester Yunayted”in heyətində 8 oyun keçirib, 1 məhsuldar ötürmə verib. Ümumilikdə isə Evansın “Mançester Yunayted”in heyətində çıxışının rəqəmlərin ifadəsində təsviri belədir: 206 oyun, 7 qol, 8 məhsuldar ötürmə.

Karyerasınada ilk qənimətini Evans 2006/2007 mövsümündə “Sanderlend”lə qazanıb, irland futbolçu Çempionşipin qalibi olub. Daha sonra isə o, “Mançester Yunayted” və “Lester Siti” ilə qənimətər dövrünə qədəm qoyub. Conni “Lester Siti”nin tarixi İngiltərə Kuboku (2021) və İngiltərə Super Kuboku (2022) uğurlarında pay sahibi olub. Evansın qalan uğurları isə MY-nin adı ilə bağlıdır: 3 İngiltərə Premyer Liqası (2008/2009, 2010/2011, 2012/2013), 2 İngiltərə Liqa Kuboku (2009, 2010), 3 İngiltərə Super Kuboku (2009, 2011, 2012), UEFA Çempionlar Liqası (2007/2008) və FIFA Klub Dünya Kuboku (2009).

Evans 2006-cı ilin sentyabrında debüt etdiyi Şimali İrlandiya yığmasının heyətində 106 oyun keçirib, 6 qol vurub, 3 məhsuldar ötrmə verib.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran Evansı 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: