Angelos Postekoqlu yeni qaydaları çöpə atmağı məsləhət gördü

“Tottenhem”in baş məşqçisi, yunanəsilli avstraliyalı mütəxəssis Angelos Postekoqlu futbolda yeni qaydaların tətbiq edilməsinin əleyhdarıdır.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadər məlumat verir ki, Postekoqlu Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) İdarə Heyətinin İngiltərə Premyer Liqası kimi nəhəng yarışlarda yeni qaydaların, xüsusən də müvəqqəti oyundan qovulmanın tətbiqinə razılıq verməsi xəbərini şərh edib:

“Bütün bu fikirləri zibil qutusuna atın. Qoy bunu unutsunlar. IFAB-ın niyə davamlı olaraq oyuna müdaxilə etdiyini bilmirəm. İndi futbolda o qədər də pis şey yoxdur”, deyə Angelos Postekoqlu bildirib.

Xatırladaq ki, daha əvvəl, IFAB hakimi təhqir etmiş oyunçuya 10 dəqiqəlik cəza tətbiq etməyi düşünürdü. Yalnız komandanın kapitanının hakimə yaxınlaşmasına icazə verilməsi imkanları da nəzərdən keçirilib. Şura üzvləri bunun, iki və ya daha çox oyunçu etiraz əlaməti olaraq hakimi mühasirəyə aldıqda, oyunun hakimi tərəfindən kart göstərməyə icazə verən mövcud reqlamentə əhəmiyyətli dərəcədə təsir edəcəyi qənaətindədirlər.

Bununla belə, mühafizəkar mövqedə olan futbol adamları IFAB-ı bu “dəlləkliyin” futbolun simasına xələl gətirəcəyi və futbolu futbolluqdan çıxaracağı ehtimalına da göz yummamağı diqqətə almağa çağırıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: