Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 15-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığına görə Tovuz klubu 700 manat cərimə edilib.
“Kəpəz” – “Sabah” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib.
“Qarabağ” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Ağdam klubu 800 manat cərimə edilib.
AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasında da 15-ci turun oyunları ilə bağlı qərarlarını açıqlayıb:
“Araz-Naxçıvan-2” – “Səbail-2” oyununda “Araz-Naxçıvan“ın futbolçusu Ayxan Məcidov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, Naxçıvan komandası 50 manat cərimə edilib. “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub da 70 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Sumqayıt komandası 70 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Sumqayıt-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə Tovuz klubu 80 manat cərimə edilib.
“Kəpəz-2” – “Sabah-2” oyununda “Kəpəz”in futbolçusu Sənan Kərimov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, Gəncə klubu 50 manat cərimə edilib. “Sabah”ın futbolçusu İdris İnqilablı ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.
“Zirə-2” – “Neftçi-2” oyununda “Zirə”nin futbolçusu Emil Bayramov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. “Zirə”nin baş məşqçisi Zaur Həşimov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Paytaxt klubu buna görə də 150 manat cərimə edilib.


