“Tottenhem” 2 antirekorda imza atdı

London təmsilçisi “Tottenhem” avstaraliyalı baş məşqçi Angelos Postekoqlunun rəhrərliyi altında Premyer Liqada iki antirekorda imza atıb.

Arena.az məlumat verir ki, mövsümün əvvəlində yüksək sürət yığaraq turnir cədvəlinə başçılıq etmiş “mahmızlar”ın indi yerindən tərpənmək üçün möhkəm “mahmız”a ehtiyacı var.

Belə ki, “Tottenhem” İngiltərə Premyer Liqasının tarixində hər oyunda hesabda 1:0 önə çıxmağına rəğmən, ardıcıl 5 oyunda qələbə qazana bilməyən komanda kimi tarixə düşüb.

Üstəlik, “Tottenhem hər oynunda 1:0 hesabı ilə öndə olmasına baxmayaraq, üst-üstə 3 ev oyununu da əldən verib.

“Ange”nin yetirmələrinin son 5 oyunda 4 məğlubiyyəti, 1 heç-heçəsi var.

Əlbəttə, müvafiq bərbad çıxış komandanın lider mövqeyindən düşməsi və hətta ilk dördlükdən kənarda qalması ilə nəticələnib. Hazırda “mahmızlar” 15 turdan sonra 27 xalla Premyer Liqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıblar.

İngiltərə Premyer Liqasına 36 xalla “Arsenal” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: