“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasının 16-cı turunda “Arsenal”la oyunda (1:0) qələbəsini şərh edib.
Arena.az BBC-yə istinadən ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Özümü çox, çox yaxşı hiss edirəm. Biz azarkeşlərimizlə eyni dalğa boyundayıq, onların müsbət enerjisi bizə ötürülür. Çərşənbə günü oyundan sonra yorğun olduğumuz üçün bu gün bizə lazım idi.
Yaxşı mübarizə apardıq və güclü müdafiə strukturumuz vardı. “Mançester Siti” və “Arsenal”a qarşı qapını təmiz saxlamağın vacibliyindən danışdıq və bunu bacarmağımız heyrətamizdir. Bu gün istədiyimizdən aşağı oynadıq, amma mübarizə aparmalı olduq və bunu bacardıq.
Biz ilk səkkizliyə düşmək istəyirik, amma bir çox komandalar orada olmaq istəyirlər. Başlanğıcda yeddi ən yaxşı komanda vardı, lakin biz oraya çatmaq üçün mübarizə aparacağıq”, deyə Emeri komandasının iddiasını ortaya qoyub.
İngiltərə Premyer Liqasının 16 turundan sonra “Aston Villa” 35 xalla 3-cü pillədə qərarlaşıb. “Arsenal” isə məğlub olmaqla liderliyini itirib, “topçular” 36 xalla 2-ci pillədə qərarlaşıblar.
Premyer Liqaya 37 xalla “Liverpul” başçılıq edir.


