“Araz-Naxçıvan” bir günlük istirahətdən sonra məşqləri bərpa etdi

Premyer Liqanın “Zirə” ilə oyunundan sonra bərpa məşqi keçən və bir günlük istirahət edən “Araz-Naxçıvan” bu gün yenidən bir araya gəlib.

Arena.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında məşqdən əvvəl Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib. Futbolçulara müasir dövlətçiliyimizin qurucusu olan Ulu Öndər haqqında qısa məlumat verilib.

Daha sonra futbolçular məşqçilər korpusunun tapşırıqlarını icra ediblər. Heyətdə cəzalı və zədəli futbolçunun olmaması üzləri güldürür.

Xatırladaq ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 15-də “Sabah”a qarşı keçirəcək. “Dalğa Arena”da baş tutacaq və saat 15:00-da başlayacaq oyuna giriş sərbəst olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: