Premyer Liqa: “Sabah” yenə “Araz-Naxçıvan”la bacarmadı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün son qarşılaşması “Araz-Naxçıvan”la “Sabah” arasında keçirilib.

Komandaların turnir cədvəlində qonşu və cəmi 1 xal fərqlərinin olması bu oyuna marağı daha da artırırdı. Ardıcıl iki oyundur qalib gələn “Sabah” yenə qələbə qazanacağı halda nəinki Naxçıvan təmsilçisini qabaqlayacaq, hətta bir neçə pillə irəliləyəcəkdi.

Son beş oyunda qələbəyə həsrət olan “Araz-Naxçıvan” da 3 xal qazanacağı halda oxşar irəliləyişə nail ola bilərdi. Yekunda sevinən tərəf məhz nominal meydan sahibləri olublar. Azər Bağırovun çalışdırdığı komanda meydanı inamlı qələbə ilə tərk edib.

Xatırladaq ki, bu komandaların ilk dövrədəki oyununda qalib müəyyənləşməmişdi – 1:1.

Premyer Liqa
17-ci tur
15 dekabr

“Araz-Naxçıvan” – “Sabah” 2:0
Qollar: Boyan Letiç, 39-öz qapısına. Turan Manafov, 71.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Bakı. “Dalğa Arena”, 15:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 42. Məhəmməd Kadiri.
Baş məşqçi: Azər Bağırov.

Sabah: 1. Yusif İmanov, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 12. Vinsan Till.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 77. Namiq Ələsgərov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 53. Fəxri Məmmədli, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.
Baş məşqçi: Murad Musayev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: