“Qalatasaray” iki ulduz futbolçusunu itirdi

Türkiyə Super Liqasının 18-ci turu çərçivəsində “Fənərbaxça”nın qonağı olan “Qalatasaray” iki futbolçusunun xidmətindən məhrum olub.

Arena.az xəbər verir ki, İstanbul təmsilçisinin iki üzvü derbidə cəzalı duruma düşüb.

Söhbət Saşa Boey və Lukas Torreyradan gedir. Onların hər ikisi bu matçda sarı vərəqə limitini doldurub. Oyunun 64-cü dəqiqəsində Lukas Torreyra rəqib futbolçu Edin Dzekoya qarşı kobud oyuna görə sarı vərəqə alıb. Saşa Boey isə Coşua Kinqlə yaşadığı gərginlikdən sonra 73-cü dəqiqədə qarşısında sarı vərəqə görüb.

Hər iki ulduz futbolçu aldıqları növbəti sarı vərəqə səbəbindən “Qalatasaray”ın “Konyaspor”a qarşı keçirəcəyi növbəti çempionat oyununda iştirak edə bilməyəcək. İstanbul təmsilçisi 19-cu tur çərçivəsində üz-üzə gələcəyi Konya klubunu doğma meydanda sınağa çəkəcək. Qarşılaşma 2024-cü ildə yanvarın 7-də keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: