Əvəzedicilər: Lider “Neftçi”dən ilin son matçında darmadağın

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 18-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Zirə” ilə “Qarabağ”ın əvəzediciləri arasındakı oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Neftçi”nin ikinci komandası “Kəpəz”in əvəzediciləri üzərində darmadağına sevinib.

Əvəzedicilər Liqası
18-ci tur
23 dekabr

“Qəbələ-2” – “Sabah-2” 2:0
Qollar: Okan Təhməzli, 7. Ravil Qafarov, 73.
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Rasim Axundov, Elvin Bayram.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 13:00.

24 dekabr

“Sumqayıt-2” – “Səbail-2” 2:1
Qollar: Nihad Əhmədzadə, 14; 82. – Ülvü Mədətov, 90.
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Zakir Şükürzadə, Alik Yunusov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.

“Turan Tovuz-2” – “Araz Naxçıvan-2” 1:2
Qollar: Cavid Qasımov, 4 – Bayraməli Qurbanov, 63. Rauf Ağasənov, 74.
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Rəhman Aslanov, Murad Səlimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.

25 dekabr

“Zirə-2” – “Qarabağ-2” 1:1
Qollar: Xəqani Sadıxov, 88 – Nihad Quliyev, 38.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Samir Qaracayev, Sərxan İsmayılov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“ASK Arena”, 14:00.

“Neftçi-2” – “Kəpəz-2” 4:0
Qollar: Elcan Əbilov, 6; 60. Aşqin Abazərov, 45+1. İbrahim Novruzov, 68.
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: