Azər Məmmədov yenidən “Səbail”də – Rəsmi

Ötən il noyabrın əvvəlində “Kəpəz”in baş məşqçi postundan ayrılandan bəri işsiz olan Azər Məmmədov yenidən “Səbail”ə qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Məmmədov yenidən “Səbail”də fəaliyyət göstərəcək. 47 yaşlı mütəxəssis baş məşqçi Şahin Diniyevin köməkçisi təyin olunub.

Xatırladaq ki, Azər Məmmədov daha öncə də “Səbail”də köməkçi məşqçi kimi çalışıb. O, bu klubdan məhz “Kəpəz”dən aldığı dəvətə görə ötən ilin yayında ayrılmışdı. Gəncə klubunda cəmi bir neçə ay baş məşqçi kimi fəaliyyət göstərən mütəxəssisin işsiz günləri çox çəkməyib.

Məmmədov 2023/2024 mövsümünün əvvəlindən, bu ilin iyun ayından “Kəpəz”ə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 12 oyuna çıxarıb. Komanda bu görüşlərdə cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb. “Kəpəz” Azər Məmmədovun baş məşqçi kimi çalışdırdığı ilk komanda idi. O, daha öncə “Qarabağ”ın futbol akademiyasında və “Zirə”nin ikinci komandasında da çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: