“Araz-Naxçıvan” 2023-cü ildə ilk məşqinə çıxdı

Dekabrın 24-də “Turan Tovuz”la keçirilmiş oyundan sonra istirahətə yollanmış “Araz-Naxçıvan” bu gündən etibarən məşqlərini bərpa edib.

Arena.az xəbər verir ki, bu gün bir araya gələn komanda üzvləri fitnes zalında məşq ediblər.

“Qırmızı-ağlar” sabahdan etibarən çalışmalarını Bakı Olimpiya Stadionunun ehtiyat meydanında reallaşdıracaqlar.

Xatırladaq ki, toplanışın ilk mərhələsinin yekununda – yanvarın 10-da Naxçıvan komandası “Zirə” ilə yoldaşlıq oyunu keçirəcək. Matçın ertəsi gün istirahət edəcək komanda yanvarın 12-də Qəbələyə yola düşəcək. 3 gün orada hazırlıq keçəcək “Araz-Naxçıvan” yanvarın 15-də rayonun eyniadlı komandası ilə üz-üzə gələcək. Bu matçdan sonra Bakıya dönəcək “qırmızı-ağlar” 2 günlük istirahətdən sonra Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qarabağ”la keçirəcəyi matça hazırlaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: