Unai Emeri “Aston Villa”nın çempionluq iddiasından danışdı

“Aston Villa”nın baş məşqçisi Unai Emeri hesab edir ki, Birmingem komandası istənilən yarışda qələbə qazana biləcək komanda olmağa qadirdir.

Arena.az Britaniyanın “Express & Star” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz hər bir turnirdə mübarizə aparmağa hazırlaşırıq. Qalibiyyətə isə iddialı olmağa çalışacağıq. Bizim üçün əsas rəqabət Premyer Liqadır. Onun vasitəsilə əsas məqsədimizə çata – avrokuboklara vəsiqə qazana bilərik. Amma biz Konfrans Liqasına və İngiltərə Kubokuna azarkeşlərimiz üçün nəsə etmək imkanı verən bir məqam kimi baxmalıyıq. Qənimət qənimətdir. Üstəlik, bu, nüfuzludur. Əlbəttə, bunu etmək çətindir, amma Premyer Liqa onsuz da çətindir. Biz Kubokda da nəsə etmək imkanından əl çəkməyəcəyik”, deyə Unai Emeri vurğulayıb.

Xatırladaq ki, yanvarın 6-da “Aston Villa” İngiltərə Kubokunun 1/32 finalında “Midlsbro”nu səfərdə məğlub edərək (1:0) növbəti mərhələyə vəsiqəsini təmin edib. Premyer Liqanın 20 turundan sonra “şirlər” 42 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıblar və 45 xalla çempionata başçılıq edən “Liverpul”u təqib edirlər. Konfransa Liqasında “Aston Villa” qrup mərhələsini qrup qalibi olaraq tamamlayaraq ələmə mərhələsinə vəsiqə qazanıb və burada rəqibinin hansı komanda olacağını gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: