“Çelsi” “Midlsbro”ya ilk yarımfinal matçında məğlub oldu

“Çelsi” futbol üzrə İngiltərə Liqa kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, London komandası aşağı liqada mübarizə aparan “Midlsbro”nun qonağı olub.

Maçt meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında cavab oyunu yanvarın 23-də Londonda keçiriləcək.

İngiltərə Liqa Kubokunda digər finalçının adına “Liverpul”la “Fulhem” arasındakı oyunlarda aydınlıq gələcək. Bu komandaların ilk oyunu bu gecə, cavab görüşü isə yanvarın 24-də keçiriləcək.

İngiltərə, Liqa Kuboku
Yarımfinalın ilk oyunları
9 yanvar

Midlsbro – Çelsi 1:0
Qol: Hakni, 37.

10 yanvar

00:00. Liverpul – Fulhem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: