“İnter” A Seriyasında ilkə imza atdı – Səfərdə 67 rəqibə…

“İnter” İtaliya A Seriyasında iştirak etmiş bütün digər 67 komandaya səfərdə ən azı 1 dəfə qalib gəlmiş ilk komandadır.

Arena.az bu barədə jurnalist Cüzeppe Pastoreyə isitnadən məlumat verir.

Xatırladaq ki, yanvarın 13-də “İnter” tarixində ilk dəfə səfərdə “Monza”ya qalib gələrək haqqında söhbə gedən müvafiq nailiyyətə imza atıb.

“Neradzurri” rəqibini 5:1 hesabı ilə məğlub edib. Görüş “Montsa”dakı “Komunale Brianteo” stadionunda baş tutub. Qonaqların heyətində Hakan Çalhanoğlu və Lautaro Martines dubla, Markus Türam isə 1 qola imza atıb. Meydan sahiblərinin yeganə qolu Matteo Pessina vurub.

Hazırda, Milan klubu 20 oyundan sonra 51 xalla İtaliya A Seriyasının turnir cədvəlinə başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: