Həftəsonu keçiriləcək “Trabzonspor” – “Qalatasaray” matçına “sarı-qırmızılı” azarkeşlərin buraxılmasına qərar verilib.
Arena.az xəbər verir ki, Türkiyə Super Liqasının 21-ci turu çərçivəsində Trabzon klubu öz meydanında İstanbul nəhəngini qəbul edəcək.
Oyuna bir neçə gün qalmış Trabzon rəsmiləri qonaq komandanın fanatları ilə bağlı qadağanı aradan qaldırıblar. Belə ki, son Türkiyə çempionunun bir qrup azarkeşinin bu oyunu arenadan izləməsinə icazə verilib. Qarşılaşmanı 2032 “Qalatasaray” azarkeşi qonaq komanda üçün ayrılmış tribunadan izləyə biləcək.
Yanvarın 21-də keçiriləcək “Trabzonspor” – “Qalatasaray” matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Bu oyun ərəfəsində Trabzon təmsilçisi 37 xalla 3-cü, İstanbul klubu isə 51 xalla 2-ci pillədə qərarlaşıb.
Nihad Əsədov


