“Liverpul”un alman baş məşqçisi Yurgen Klopp irəli sürdüyü nəcib təklifi müqabilində klub azarkeşləri tərəfindən hörmətlə alqışlanıb.
Arena.az BBC-yə istinadən məlumat verir ki, Klopp isveçli mütəxəssis Sven-Yoran Erikssonun hər zaman “Liverpul”u dəstəkləməsi və “qırmızılar”ın məşqçisi olmaq istəməsi ilə bağlı arzusunu cavablayıb:
“Aydındır ki, mən bu barədə eşidəndə çox təsirli xəbər oldu. İlk dəfə idi, onun “Liverpul”a olan heyranlığını və ya sevgisini eşidirdim ki, bütün həyatı boyu azarkeşi olub.
Bircə onu deyə bilərəm ki, onun bura gəlməsi çox xoş qarşılanacaq. Və istəsə, otağımda mənim yerimdə oturub bütün gün ərzində işlərimi görə bilər. Bu, fəsad deyil.
Yan xətdə olmaq bir az daha çətin ola bilər. Onu burada qəbul etmək və bu gözəl klubun illər ərzində necə inkişaf etdiyi barədə hər şeyi göstərmək, məncə, bu, mütləq ona deyəcəyimiz bir müəyyənlikdir. O, gəlib burada gözəl saatlar keçirə bilər, əminəm”, deyə Yurgen Klopp bildirib.
Klopun irəli sürdüyü bu təklif sosial şəbəkələrdə “qırmızlar”ın azarkeşləri tərəfindən alman mütəxəssisə münasibətdə hörmət və alqışla qarşılanıb.
Xatırladaq ki, bir müddət əvvəl Erikssonun xərçəng xəstəliyinə tutulduğu haqda məlumat yayılmışdı. Daha əvvəl, isveçli mütəxəssis “Liverpul”un pərəstişkarı olduğunu etiraf etmiş və həmişə “qırmızılar”ı çalışdırmaq istədiyində olduğunu bildirmiş, fəqət bunun mümkünsüzlüyünü mütəəssircəsinə ifadə etmişdi.
1977-ci ildən 2019-cu ilə qədər məşqçiliklə məşğul olmuş Sven-Yoran Eriksson 2001-2006-cı illər aralığında İngiltərə yığmasını çalışdırıb. Eriksson “Benfika”, “Roma”, “Sampdoria” və “Latsio”da da baş məşqçi olub. İsveçli mütəxəssis “Benfika”ya 3 dəfə Portuqaliya çempionluğunu, “Roma”ya isə İtaliya Kubokunu qazandırıb.
2022-2023-cü illərdə Eriksson İsveçin “Karlstad” klubunun idman direktoru vəzifəsində çalışıb.
Vurğulayaq ki, bir müddət əvvəl “Liverpul” azarkeşləri isveçli mütəxəssisi “Liverpul” – “Ayaks” əfsanələrinin oyununda məşqçi kimi görmək istəyində olduqlarını bildirmişdilər.


