Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 19-cu tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
2024-cü ilin ilk oyunu “Sabah”la “Neftçi”nin əvəzediciləri arasında keçirilib. Dörd qolun qeydə alındığı oyunda “ağ-qaralar” inamlı qələbəyə seviniblər.
19-cu turun qalan oyunları 23-24 yanvarda keçiriləcək.
Əvəzedicilər Liqası
19-cu tur
22 yanvar
“Sabah-2” – “Neftçi-2” 1:3
Qollar: Nicat Quliyev, 87 – Bahadur Quliyev, 27. İbrahim Novruzov, 65. Elcan Əbilov, 78.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Samir Qaracayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “ASK Arena”, 14:00.
23 yanvar
“Kəpəz-2” – “Turan Tovuz-2”
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Aydın Baxşıyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Səbail-2” – “Zirə-2”
Hakimlər: Şamil İmanzadə, Orxan İbişov, Sevda Nuriyev, Murad Səlimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 14:00.
24 yanvar
“Qəbələ-2”– “Sumqayıt-2”
Hakimlər: İslam Məmmədov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Qarabağ-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Mirnihat Seyidov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 14:00.


