Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 19-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, 2024-cü ildə baş tutan ilk turun qapanış matçında son çempion, cari mövsümün qış çempionu “Qarabağ” “Araz-Naxçıvan”ı sınağa çəkib.
41 xalla zirvədə qərarlaşmış Ağdam təmsilçisi yeni ilə qələbəylə başlasa, əsas izləyicilərindən bir qədər də uzaqlaşacaqdı. Ortabablardan olan Naxçıvan təmsilçisi isə iddialı rəqibindən xal almaq ümidində idi.
Bu komandalar daha öncə 6 dəfə üz-üzə gəlmişdilər və heç vaxt heç-heçəyə razılaşmamışdılar. Belə ki, əvvəlki oyunların hamısında meydan sahibi olan komanda qalib gəlmişdi – hərəyə 3 qələbə. “Qarabağ” bütün matçlarda qol vurmuşdu. Elə bu dəfə də ənənə pozulmayıb. Ağdam təmsilçisi ev oyunundan inamlı qələbə ilə ayrılıb.
Bu nəticədən sonra lider “Qarabağ”ın əsas izləyiciləri ilə xal fərqi 14-ə çıxıb. Hazırda Ağdam təmsilçisinin 44 xalı varsa, əsas izləyiciləri “Zirə” ilə “Sumqayıt” 30 xal toplayıblar.
19-cu turun əvvəlki oyunlarında “Kəpəz” “Turan Tovuz”a (2:1), “Sumqayıt” “Qəbələ”yə (1:0) qalib gəlmişdi. “Sabah” – “Neftçi” və “Səbail” – “Zirə” matçları isə qolsuz başa çatmışdı – 0:0.
Premyer Liqa
19-cu tur
23 yanvar
“Qarabağ” – “Araz-Naxçıvan” 3:1
Qollar: Numan Kurdiç, 6-öz qapısına. Abdullah Zubir, 21; 61 – Məhəmməd Kadiri, 71.
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.
Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando.
Baş məşqçi: Azər Bağırov.


