“Liverpul” “Çelsi”yə rəqib oldu – Liqa Kubokunun finalında

“Liverpul” futbol üzrə İngiltərə Liqa Kubokunda 2023/2024 mövsümünün yarımfinalını uğurla adlayaraq finala yüksəlib.

Arena.az xəbər verir ki, sözügedən komandası bu gün səfərdə “Fulhem”lə üz-üzə gəlib.

İki qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 1:1. İlk oyunda “qırmızılar” 2:1 hesabıyla qalib gəldikləri üçün, bu komanda finala yüksəlib və “Çelsi”yə rəqib olub.

Xatırladaq ki, İngiltərə Liqa Kubokunda ilk finalçı məhz “Çelsi” olmuşdu. Sözügedən komanda “Midlsbro”nu darmadağınla keçib.

İngiltərə Liqa Kuboku
Yarımfinalın cavab oyunları
23 yanvar

Çelsi – Midlsbro 6:1 (ilk oyun 1:0)
Qollar: Houson, 15-öz qapısına. E.Fernandes, 29. Disasi, 36. Palmer, 42; 77. Madueke, 81 – Rocers, 88.

24 yanvar

Fulhem – Liverpul 1:1 (ilk oyun 1:2)
Qollar: İ.Diop, 77 – L.Dias, 11.

Xəbəri sosial şəbəkələrdə paylaş: