Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 19-cu tura bu gün yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Qəbələ” ilə “Sumqayıt”ın ikinci komandaları qarşılaşıblar. Əslində bu oyun ötən gün keçirilməli idi. Lakin hava şəraiti ilə əlaqədar bu günə təxirə salınmış matç nəhayət baş tutub. Yeddi qolun qeydə alındığı bu oyun “Qəbələ”nin əvəzedicilərinin çətin qələbəsiylə yekunlaşıb.
Əvəzedicilər Liqası
19-cu tur
22 yanvar
“Sabah-2” – “Neftçi-2” 1:3
Qollar: Nicat Quliyev, 87 – Bahadur Quliyev, 27. İbrahim Novruzov, 65. Elcan Əbilov, 78.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Samir Qaracayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “ASK Arena”, 14:00.
23 yanvar
“Kəpəz-2” – “Turan Tovuz-2” 0:1
Qol: Sadiq Şəfiyev, 77-pen.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Aydın Baxşıyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Səbail-2” – “Zirə-2” 4:0
Qollar: Fərid Şahhüseyni, 20. Ayaz Mikayılov, 52. Məmməd Əhmədov, 56. Oruc Məmmədov, 78.
Hakimlər: Şamil İmanzadə, Orxan İbişov, Sevda Nuriyev, Murad Səlimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 14:00.
24 yanvar
“Qarabağ-2” – “Araz-Naxçıvan-2” 2:0
Qollar: Emil Binyətzadə, 26. Mirmövsüm Caniyev, 36.
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Mirnihat Seyidov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 14:00.
25 yanvar
“Qəbələ-2” – “Sumqayıt-2” 4:3
Qollar: Bilal İsmayılov, 15. Sənan Ağalarov, 28; 32; 60 – Uğur Cahangirov, 46. Kənan Cavadlı, 66. Hüseyn Xıdırov, 85.
Hakimlər: İslam Məmmədov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.



