Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 20-ci tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Səfərdə “Araz-Naxçıvan”ın əvəzediciləri ilə qarşılaşan “Sumqayıt”ın ikinci komandası rəqibini 6 cavabsız qolla məğlub edib.
“Neftçi” ilə “Qəbələ”nin əvəzediciləri arasındakı qarşılaşmada da qonaqlar darmadağına seviniblər.
Əvəzedicilər Liqası
20-ci tur
27 yanvar
“Turan Tovuz-2” – “Səbail-2” 5:1
Qollar: İsmayıl İsmayılov, 5. Belaydi Pusi, 34. Asad Asadov, 41; 52; 59 – Məmməd Əhmədov, 27.
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Taleh Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 14:00.
28 yanvar
“Zirə-2” – “Sabah-2” 3:4
Qollar: Elşən Abdullayev, 40. İdris İnqilablı 45+2-öz qapısına. Vüsal Əliyev, 69 – Nicat Quliyev, 11. Emin Məcidzadə, 27. Xəyal Əliyev, 44. Firəddin Abdullayev, 71.
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Rasim Axundov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “ASK Arena”, 14:00.
“Qarabağ-2” – “Kəpəz-2” 1:2
Qollar: Musa Musazadə, 12-pen – Cavad Kərimov, 56. Nemət Musayev, 90+3.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Binə qəsəbə stadionu, 14:00.
29 yanvar
“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” 0:6
Qollar: Qabil Əlizadə, 36, 45. Tural Axverdiyev, 55. Əjdər Hacılı, 70. Nadir Orucov, 84. Rüstəm Hümbətov, 88.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 14:00.
“Neftçi-2” – “Qəbələ-2” 1:4
Qollar: Turan Vəlizadə, 79-pen – Sənan Ağalarov, 21. Emil Süleymanov, 27; 41. Xəyyam Məmmədli, 77.
Hakimlər: Rövşən Rəcəbov, Asif Abdullayev, Rəhman Aslanov, Murad Səlimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 15:00.



