“Araz-Naxçıvan”da Azzau ilə Əliyev sıraya döndülər

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda sabah “Qəbələ” ilə qarşılaşacaq “Araz-Naxçıvan” oyunöncəsi son məşqinə çıxıb.

Arena.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan və təxminən 1 saat davam edən məşqdə bütün futbolçular iştirak ediblər.

Zədə və səhhətində yaranmış problemlə əlaqədar bir neçə gündür komandadan ayrı düşən futbolçular – İsmail Azzaui və Orxan Əliyev də sıraya dönüblər.

Xatırladaq ki, sabah – yanvarın 31-də “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Qəbələ” oyununa saat 16:00-da start veriləcək.

Bu komandalar arasında cavab qarşılaşması isə fevralın 9-da Qəbələ şəhər stadionunda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: