Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu “Araz-Naxçıvan”la “Qəbələ” arasında keçiriləcək. Mərdəkanda baş tutacaq bu oyun sözügedən klubların kubokda ikinci görüşüdür. Ötən mövsüm baş tutan yeganə dueldə “Qəbələ” qalib gəlib. “Araz-Naxçıvan” bu matçda qol vurmayıb. Naxçıvan təmsilçisi indi əvəz çıxmağa və yarımfinala yüksəlməyə çalışacaq.
Son oyunda isə “Sumqayıt”la “Neftçi” komandaları üz-üzə gələcək. “Sumqayıt” əvvəlki duellərin ikisində də mərhələ adlayıb. Baş tutan dörd qarşılaşmada qol vuran komana qalib gəlib. “Neftçi” cəmi 1 oyunda bu rəqibinə qalib gəlib, ikisində uduzub. Daha bir oyun sülhlə bitib.
Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunları fevralın 8-9-da keçiriləcək.
Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
30 yanvar
“Səbail” – “Zirə” 1:2
Qollar: Aleksandr Ramalinqom, 70 – Anas Najah, 48-öz qapısına. Ruan Renato, 60.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Bayıl Arena”, 15:00.
“Sabah” – “Qarabağ” 1:7
Qollar: Jesse Sekidika, 63 – Hamidu Keyta, 20. Olavio Juninyo, 28. 55. Nəriman Axundzadə, 45+3. Abdullah Zubir, 77; 90+3. Adama Diakabi, 87.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Masazır Arena”, 19:00.
31 yanvar
“Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Mərdəkan. “Dalğa Arena”, 16:00.
“Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Sumqayıt Arena”, 19:00.


