Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 21-ci turun hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
21-ci tura bu gün keçiriləcək iki oyunla start veriləcək. Turun qalan qarşılaşmaları fevralın 5-də və 6-da keçiriləcək.
Əvəzedicilər Liqası
21-ci tur
4 fevral
“Sabah-2” – “Turan Tovuz-2”
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “ASK Arena”, 13:00.
“Səbail-2” – “Qarabağ-2”
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbov, Kərim Zeynalov, Elvin Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bayıl Arena”, 15:00.
5 fevral
“Qəbələ-2” – “Zirə-2”
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Mirnihad Seyidov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 12:00.
“Sumqayıt-2” – “Neftçi-2”
Hakimlər: Kamran Əliyev, Eyyub İbrahimov, Orxan İbişov, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.
6 fevral
“Kəpəz-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Kamil Aydınov, Anar Bədəlov, Zakir Şükürzadə, Rəsul Babayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.


