Azərbaycan Kubokunda son iki yarımfinalçı bəlli olur

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki yarımfinalçının adına aydınlıq gələcək.

Günün ilk matçı Qəbələdə baş tutacaq. Burada “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək. Bu komandaların Bakıda keçirilmiş ilk oyununda qalib müəyyənləşməyib. Bu üzdən bütün suallara Qəbələdəki cavab görüşündə aydınlıq gəlməlidir.

Son oyun isə “Neftçi” ilə “Sumqayıt” arasında keçiriləcək. Bu oyunu Kamal Umudlu idarə edəcək. İlk oyunda “Neftçi” 3:2 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, Azərbaycan Kubokunda daha öncə “Qarabağ” və “Zirə” komandaları yarımfinala vəsiqəni təmin ediblər.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları
8 fevral

“Zirə” – “Səbail” 3:0
Qollar: Abbas İbrahim, 4. Rəhim Sadıxov, 42. Rafael Utziq, 74.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Namiq Əliyev
Zirə İdman Kompleksinin stadionu, 17:00.

“Qarabağ” – “Sabah” 3:4
Qollar: Hamidu Keyta, 30. Adama Diakabi, 62. Maruan Hadudi, 74-öz qapısına – Kristian da Silva, 5. Jarl Marqarita, 27. İshak Belfodil, 58; 69-pen.
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.

9 fevral

“Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu, 16:00.

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. “Neftçi Arena”, 19:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: