Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qəbələ” – “Araz-Naxçıvan” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.
Arena.az Qəbələdə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Xatırladaq ki, bu komandaların bir həftə öncə keçirilmiş ilk oyununda qalib müəyyənləşməmişdi.
Azərbaycan Kuboku
1/4 finalın cavab oyunu
9 fevral
“Qəbələ” – “Araz-Naxçıvan” 2:0
Qollar: Osama Xalayla, 39. Ürfan Abbasov, 42.
Sarı vərəqələr: Fares Abu Akel, 23 (qeyri-idman hərəkəti). Asif Məmmədov, 90+2 (qeyri-idman hərəkəti). Kristof Atanqana, 90+3 (oyunun bərpasının ləngidilməsi) – Nuno Rodriqes, 13 (qeyri-idman hərəkəti). İqor Ribeyro, 16 (qeyri-idman hərəkəti). Məhəmməd Kadiri, 74 (qeyri-idman hərəkəti). Vanderson Melo, 90+5 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 7 dəqiqə.
Saat 16:00. Qəbələ şəhər stadionu. 200 tamaşaçı.
Baş hakim: İnqilab Məmmədov.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Rəvan Həmzəzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 19. Samuel Tetteh (14. Ülvi İsgəndərov, 73), 6. Fares Abu Akel (11. Asif Məmmədov, 57), 9. Əyyub Allaş (8. Gilad Abramov, 85), 72. Osama Xalayla (18. Mehrac Baxşalı, 85).
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev (11. Ramin Nəsirli, 83), 39. Tural Bayramlı (19. Aksel Nqando, 46), 3. Turan Manafov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov (14. Miço Kuzmanoviç, 46), 9. Elvis Maşike (10. Orxan Əliyev, 46), 29. Vanderson Melo, 23. Nuno Rodriqes (8. İsmail Azzaui, 46), 42. Məhəmməd Kadiri (k), 4. İqor Ribeyro.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 27. Numan Kurdiç.
Baş məşqçi: Azər Bağırov.


