Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 23-cü turun hakim təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
23-cü tura bu gün keçiriləcək iki oyunla start veriləcək. Qalan üç qarşılaşma isə sabah baş tutacaq.
Əvəzedicilər Liqası
23-cü tur
18 fevral
“Sabah-2” – “Kəpəz-2”
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Samir Qaracayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “ASK Arena”, 14:00.
“Səbail-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Mirnihad Seyidov, Xalid Quliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”, 15:00.
19 fevral
“Qəbələ-2” – “Qarabağ-2”
Hakimlər: Səbuhi Bayramov, Orxan İbişov, Anar Bədəlov, İslam Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Neftçi-2” – “Zirə-2”
Hakimlər: Kamil Aydınov, Kərim Zeynalov, Rəhman Aslanov, İrşad Aydınov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.
“Sumqayıt-2” – “Turan Tovuz-2”
Hakimlər: Vüqar Həsənli, Tərlan Talıbzadə, Zakir Şükürzadə, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.


