Əvəzedicilər: “Qəbələ” və “Neftçi”yə 1 qol bəs etdi

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 23-cü tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Qəbələ” ilə “Qarabağ”ın əvəzediciləri arasındakı oyunda meydan sahibləri minimal hesabla qələbə qazanıblar. “Neftçi”nin ikinci komandası da “Zirə”nin əvəzedicilərini oxşar hesabla məğlub edib.

“Sumqayıt”la “Turan Tovuz”un ikinci komandalarının beş qolluq qarşılaşmasında da meydan sahibləri qələbə qazanıblar.

Əvəzedicilər Liqası
23-cü tur
18 fevral

“Sabah-2” – “Kəpəz-2” 2:0
Qollar: Nicat Quliyev, 78; 90+2-pen.
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Samir Qaracayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “ASK Arena”, 14:00.

“Səbail-2” – “Araz-Naxçıvan-2” 1:1
Qollar: Teymur Məmmədov, 71 – Nicat Süleymanov, 23.
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Mirnihad Seyidov, Xalid Quliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”, 15:00.

19 fevral

“Qəbələ-2” – “Qarabağ-2” 1:0
Qol: Sənan Ağalarov, 31-pen.
Hakimlər: Səbuhi Bayramov, Orxan İbişov, Anar Bədəlov, İslam Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Neftçi-2” – “Zirə-2” 1:0
Qol: Ağadadaş Salyanski, 24.
Hakimlər: Kamil Aydınov, Kərim Zeynalov, Rəhman Aslanov, İrşad Aydınov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

“Sumqayıt-2” – “Turan Tovuz-2” 3:2
Qollar: Qabil Əlizadə, 8. Sənan Muradlı, 44. Uğur Cahangirov, 74 – Murad Dadaşev, 42. Rəvan Abasov, 81.
Hakimlər: Vüqar Həsənli, Tərlan Talıbzadə, Zakir Şükürzadə, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: