Runi yeniyetməlik illərindəki əyyaşlıq fəsadlarından danışdı

İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi yeniyetməlik illərində spirtli içkilərlə bağlı fəsadlarından söhbət açıb.

Arena.az “Daily Mail” nəşrinə istinadən, Runinin müvafiq xüsusda xatirəsini diqqətinizə çatdırır:

“Böyüdüyüm Liverpul yaşamaq üçün çətin bir yer idi, amma mən orada böyüməyi çox sevirdim. Bu, mənə o qədər çox şey öyrətdi ki…

Yadımdadır, 14 yaşım olanda yolu keçirdim, gərək ki, cümə axşamı idi, şənbə günü isə Kolin Harvinin çalışdırdığı “Everton”un 19 yaşadək futbolçulardan ibarət komandasında oynamalı idim. Beləliklə də yolu keçirəm, əlimdə bir çanta sidr, bir qutu siqaret var… Maşın məni buraxmaq üçün dayanır, sükanın arxasında isə Harvi oturub.

Yeniyetmə olanda, biz tərk edilmiş xaraba evlər axtarıb tapar, pəncərələri sındırar, orada oturub içərdik. Geriyə baxanda, sənədli filmdə dediyim kimi, çoxlu fəsadlarım vardı və mən buna görə həddindən artıq içki içirdim, bu isə mənim səmərəmə açıq şəkildə təsir edirdi”, deyə Runi xatırlayıb.

Xatırladaq ki, 2024-cü ilin yanvar ayının əvvəlində “Birmingem Siti” Futbol Klubu Ueyn Runinin baş məşqçi vəzifəsindən getdiyini açıqlamışdı. İngilis mütəxəssis 2023-cü ilin oktyabr ayından “Birbingem”i çalışdırırdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: