Poçettino: “Finalın favoriti “Liverpul”dur”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “Liverpul”u İngiltərə Liqa Kubokunun finalının favoriti adlandırıb.

Arena.az xatırladır ki, “mavilər” fevralın 25-də Londonun “Uembli” stadionunda turnirin həlledici oyununda “qırmızılar”la qarşılaşacaqlar.

“Yurgen Klopp “Pep”lə (“Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiolanı nəzərdə tutur) birlikdə dünyanın ən yaxşı məşqçilərindən biridir. Onlar favorit deyillərsə, deməli biz də favorit deyilik. Yəni favorit yoxdur? Məndən soruşsanız, deyərəm ki, “Liverpul” favoritdir. Onların belə oyunlarda təcrübəsi var və bəzi futbolçularımız üçün bu, karyeralarında ilk finaldır. Klopp oyunun əlli-əlliyə olduğunu söyləyəcək qədər ağıllıdır, amma məncə, “Liverpul” favoritdir”, – deyə Poçettino final matçı öncəsi fikirlərini paylaşıb.

Vurğulayaq ki, “Liverpul” yanvarın sonunda Premyer Liqanın 22-ci turunun oyununda “Çelsi” ilə qarşılaşıb və Yurgen Kloppun “qırmızılar”ının “zadəganlar” üzərində 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: