Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 24-cü tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda “Araz-Naxçıvan”la “Zirə”nin əvəzedici komandaları üz-üzə gəliblər. Qonaqlar bu oyunda darmadağına seviniblər.
Əvəzedicilər Liqası
24-cü tur
24 fevral
“Kəpəz-2” – “Qəbələ-2” 0:5
Qollar: Şahin Şahniyarov, 6. Sənan Ağalarov, 28. Elnur İbragimov, 40. Arzu Atakişiyev, 72-öz qapısına. Nuğay Rəşidov, 82.
Hakimlər: Elvin Bayramov, Anar Bədəlov, Zakir Şükürzadə, Vüqar Alıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
25 fevral
“Səbail-2” – “Sabah-2” 1:0
Qol: Ayaz Mikayılov, 53.
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Rəhman Aslanov, Emin Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 15:00.
“Turan Tovuz-2” – “Neftçi-2” 3:1
Qollar: Asad Asadov, 2. Rəvan Abasov, 5. İsmayıl İsmayılov, 90+3 – Ağadadaş Salyanski, 45+2-pen.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu, 15:00.
27 fevral
“Qarabağ-2” – “Sumqayıt-2” 4:2
Qollar: Musa Musazadə, 19; 74-pen; 89. Mirmövsüm Caniyev, 70 – Əjdər Hacılı, 34. Qabil Əlizadə, 48.
Hakimlər: Alik Yunusov, Ruslan Babayev, Nurlan Əhmədzadə, Xalid Quliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 14:00.
28 fevral
“Araz-Naxçıvan-2” – “Zirə-2” 0:4
Qollar: Məhəmməd Səfərov, 31. Vüsal Əliyev, 49. Fərid Tağıyev, 77. Elmar Rəhimov, 86.
Hakimlər: Mahmud Bağırzadə, Tərlan Talıbzadə, Rasim Axundov, Maqsud Şamıyev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 14:00.



