Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 25-ci turun hakim təyinatları məlum olub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
25-ci tura bu gün keçiriləcək bir oyunla start veriləcək. Turun qalan görüşləri isə martın 3-də və 4-də baş tutacaq.
Əvəzedicilər Liqası
25-ci tur
2 mart
“Sumqayıt-2” – “Kəpəz-2”
Hakimlər: Mahmud Bağırzadə, Rəhman Aslanov, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.
3 mart
“Sabah-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Kamil Aydınov, Elman Kərimov, Anar Bədəlov, Nazim Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“ASK Arena”, 14:00.
“Zirə-2” – “Turan Tovuz-2”
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Gülnurə Əkbərzadə, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu, 14:00.
4 mart
“Qəbələ-2” – “Səbail-2”
Hakimlər: İslam Məmmədov, Mirnihad Seyidov, Səbuhi Əmrahov, Sərxan İsmayılov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.
“Neftçi-2” – “Qarabağ-2”
Hakimlər: Əkbər Əhmədov, Asif Abdullayev, Kərim Zeynalov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 15:00.


