Premyer Liqa: “Sabah”dan “Araz-Naxçıvan” üzərində ilk qələbə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması “Sabah”la “Araz-Naxçıvan” arasında baş tutub.

Turnir cədvəlində qonşu olan komandaların xalları da eyni idi – 31. Bir sözlə, bu komandalar 6 xallıq görüşündə qalib gələcək komanda böyük üstünlük qazanacaqdı. Hər iki komanda son turda uduzduğu üçün, həmin uğursuzluğu unutdurmaq baxımından da qələbə tərəflər üçün vacib idi.

“Sabah”la “Araz-Naxçıvan” daha öncə 2 oyun keçirmişdilər. Həmin oyunlardan biri heç-heçə bitmişdisə, digərində Naxçıvan təmsilçisi qalib gəlmişdi. Bir sözlə, “Sabah” əvvəlki oyunlarda qələbə qazanmamışdı. “Araz-Naxçıvan” isə hər iki oyunda qol vurmuşdu.

Bu oyunda isə fərqli olub. “Araz-Naxçıvan”ın fərqlənə bilmədiyi görüş “Sabah”ın çətin qələbəsiylə yekunlaşıb. Bu qələbə sayəsində xalını 34-ə çatdıran “bayquşlar” hazırda 5-ci pillədə qərarlaşıblar.

Daha öncə “Kəpəz” səfərdə “Sumqayıt”a 3:1 hesabıyla qalib gəlmşdi. “Zirə” ilə “Turan Tovuz” arasındakı oyunda isə qalib müəyyənləşməyib – 1:1.

Bu turun “Qəbələ” – “Səbail” və “Neftçi” – “Qarabağ” oyunları isə sabah keçiriləcək.

Premyer Liqa
25-ci tur
1 mart

“Sabah” – “Araz-Naxçıvan” 2:0
Qollar: Emmanuel Apeh, 54. Kahim Parris, 90+7-pen.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
“Bank Respublika Arena”, 18:30.

Sabah: 1. Yusif İmanov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 27. Jarl Marqarita.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 4. Elvin Camalov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 3. Con İrasabal, 28. Kahim Parris.
Məşqçi: Ruslan Qafitullin.

Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 19. Aksel Nqando, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 7. Nicat Süleymanov, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 9. Elvis Maşike, 29. Vanderson Melo, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: