AFFA İssa Cibrilla və Lukas Afrikonu sərt cəzalandırdılar

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı qərarlar qəbul edilib.

Arena.az sizi həmin qərarlarla tanış edir:

Misli Premyer Liqası, 25-ci tur

“Zirə” – “Turan Tovuz” oyununda “Zirə”nin futbolçusu İssa Cibrilla rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Zirə” klubu buna görə 800 manat cərimə edilib.

“Qəbələ” – “Səbail” oyununda “Qəbələ”nin futbolçusu Lukas Afriko rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qəbələ” də buna görə 800 manat cərimə ödəyəcək.

“Neftçi” – “Qarabağ” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün paytaxt klubu 700 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 800 manat cərimələnib. “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə paytaxt klubu 1000 manat cərimə edilib. Oyundan əvvəl “Qarabağ” azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Ağdam klubu 1000 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 25-ci tur

“Sabah-2” – “Araz-Naxçıvan-2” oyununda Naxçıvan təmsilçisinin komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Zirə-2” – “Turan Tovuz-2” oyununda “Zirə”nin 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib. Tovuz klubunun futbolçusu Hüseyn Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Turan Tovuz-2” buna görə 80 manat cərimə edilib.

“Neftçi-2” – “Qarabağ-2” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt komandası 70 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: