“Legends of the Football” (Futbol Əfsanələri) saytı İngiltərə üzrə mükafatçılarını yaxınlarda təltif edəcək.
Arena.az bu barədə mükafatın rəsmi saytına istinadən məlumat verir.
İngiltərənin ən çox mükafat qazanmış qadın futbolçusu Fara Uilyams və “Mançester Yunayted”in qolçu rekordçusu Ueyn Runiyə 2024-cü ilin oktyabrı ayının 7-də “Futbol Əfsanələri Mükafatı” təqdim ediləcək.
Ueyn Runi bundan xəbər tutan kimi, dilə gəlib:
“2024 Futbol Əfsanələri Mükafatı”nı alacağımı öyrənməkdən çox şadam. Bu mükafat əvvəllər futbolun ən böyük adlarından bəzilərinə verilib və bəzi komanda yoldaşlarım, rəqiblərim və futbol ulduzları da daxil olmaqla, hamısı ilə yanaşı tanınmaq çox şey deməkdir”, deyə ötənlərin məşur hücumçusu bildirib.
“Football Legends”, “Nordoff & Robbins” musiqi terapiyası xeyriyyəçiliyinə kömək məqsədilə İngiltərə Premyer Liqa tərəfindən dəstəklənən illik xeyriyyə vəsaiti toplama tədbiridir. 1997-ci ildən bu günə qədər tədbir çərçivəsində 8,5 milyon funt-sterlinq məbləğində pul vəsaiti toplanıb.


